Modern.az

69 yeni yoluxma - Daha 4 nəfər öldü

69 yeni yoluxma - Daha 4 nəfər öldü

30 Mart 2023, 16:40

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 829 660 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 134 nəfər müalicə olunaraq sağalıb, 10 182 nəfər vəfat edib, aktiv xəstə sayı 344 nəfərdir.

 

Son sutka ərzində 957, hazırkı dövrədək isə 7 557 801 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu