Modern.az

Rusiya və Belarus Avropa Oyunlarına buraxılmayacaq

Rusiya və Belarus Avropa Oyunlarına buraxılmayacaq

İdman

30 Mart 2023, 21:30

Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək Avropa Oyunlarına buraxılmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə BBC oyunun təşkilatçılarına istinadən məlumat yayıb.

 

Avropa Oyunlarının təşkilat komitəsinin sədri Marçin Novak deyib ki, Rusiya Federasiyasını və Belarusu təmsil edən idmançılar yarışda olmayacaq.

 

"Diplomatik prosedurlara baxmayaraq, biz buna icazə verməyəcəyik", - açıqlamada bildirilir.

 

Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək keçiriləcək, yarışlarda 7000-ə yaxın idmançı iştirak edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə həyəcanlı dəqiqələr- Ərdoğandan tarixi gediş