Modern.az

Mətbuat Şurası ev istəyən jurnalistlərin siyahısını təsdiqlədi- SİYAHI

Mətbuat Şurası ev istəyən jurnalistlərin siyahısını təsdiqlədi- SİYAHI

Media

15 İyun 2013, 17:35

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. İclası açan MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Modern.az saytının məlumatına görə, MŞ sədri deyib ki, iyunun 15-də jurnalistlər üçün tikilmiş çoxmərtəbəli binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciətçilərdən sənəd qəbulu başa çatıb. İclasda müzakirə olunan ilk məsələ mövcud istiqamətdə görülmüş işlər olub. Gündəlikdəki ikinci məsələ MŞ sıralarının tənzimlənməsiylə bağlı olub. Çünki şuranın tərkibində elə kütləvi informasiya vasitələri var ki, çoxdandır fəaliyyət göstərmirlər, eyni zamanda qurumun üzvü kimi üzərilərinə düşən öhdəliyi yerinə yetirmirlər. Belələrinin Şura sıralarında qalıb-qalmamasına münasibət bildirilib. Nəhayət, Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi məsələsi ətrafında da müzakirələr aparılıb.

Gündəlikdə duran birinci məsələ ilə bağlı MŞ sədri Ə.Amaşov məlumat verib. Deyib ki, jurnalistlər üçün tikilmiş binadakı mənzillərin bölgüsü ilə əlaqədar MŞ-nin kriteriyalarının açıqlanmasından, yəni may ayının 23-dən sonra Şuranın Katibliyi tərəfindən quruma üzv KİV-lərə müraciətlər ünvanlanıb və onlara prinsiplər barədə geniş məlumat verilib. Şəffaflığın təmin edilməsi üçün Şura üzvləri redaksiyalarda namizədlərin müəyyənləşdirilməsi gedişini izləyiblər. Keçirilmiş səsvermə proseslərində hər hansı nöqsanlar qeydə alınmayıb. Bununla belə, adı redaksiya siyahısına düşə bilməyənlərdən bir neçəsi MŞ-yə şikayət ünvanlayıb. Həmin şikayətlər də araşdırılacaq.

Ümumilikdə MŞ üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb. Əvvəlcədən müəyyənləşdirildiyi kimi, gündəlik qəzetlər və informasiya agentlikləri 3, həftəlik qəzetlər, portallar və jurnallar bir namizəd irəli sürməli idilər. MŞ üzvləri məsələ ətrafında fikirlərini bildirdikdən sonra toplanmış materiallarla bağlı müvafiq prosedur ümumiləşdirmələrin aparılması və onların Prezident Administrasiyasına göndərilməsi qərara alınıb.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı bildirilib ki, təxminən 30-dək KİV MŞ üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər - üzvlük haqqını ödəmirlər, ümumən MŞ ilə əlaqələrini kəsmiş durumdadırlar. Belələrinin qurumun sıralarından xaric edilməsi struktur fəaliyyətin düzgün həyata keçirilməsi baxımından önəmlidir. Təklif səsə qoyulub və yekdilliklə bəyənilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi