İspaniyada iqlim dəyişikliyinə qarşı mübarizə aparan ekofəallar parlament binası qarşısında etiraz aksiyası keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar parlament binasının əsas girişinə qırmızı boya atıb.
Bütün ispanları etiraza çağıran ekoloqlar iqlim hərəkatlarına qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər.
Polis qısa müddətdə müdaxilə edərək 8 nümayişçini saxlayıb.