Modern.az

Ukrayna qələbə üçün hazırlığa başlayıb - Zelenski

Ukrayna qələbə üçün hazırlığa başlayıb - Zelenski

31 Mart 2023, 08:36

Ukrayna artıq qələbə üçün hazırlıqlara başlayıb.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

 

Onun sözlərinə görə, Ukraynada bir dənə də olsun rus izi qalmayacaq və dəhşətli cinayətlərdə günahkar olanların hamısı cəzalandırılacaq. Zelenski vurğulayıb ki, Ukrayna cəbhədə və ədalətin bərpasında qalib gələcək:

 

“Biz öz torpağımızda Rusiyadan əsər-əlamət qoymayacağıq. Heç bir düşmən də cəzasız qalmayacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı