İranda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb. Bildirilib ki, İslahatçıların namizədi Həsən Ruhani 51 faiz səslə seçkilərdə qalib gəlib.
Rəsmi məlumata görə, ötən gün baş tutan seçkilərdə Həsən Ruhani 18 613 329 (50.07 faiz), Baqir Qalibaf 6 077 292, Səid Cəlili 4 168 946, Möhsin Rzayi 3 884 412, Əli Əkbər Vilayəti 2 268 753, Məhəmməd Qərəzi 446 015 səs toplayıblar.
İranın Ali dini lideri Ayətullah Əli Xameneyi seçki ilə əlaqədar ilk açıqlamasını verib. Xamneyi prezident seçkilərinin yüksək səviyyədə keçirildiyini bildirərək əldə edilən nəticənin İran İslam Respublikasına olan etibarın göstəricisi olduğunu deyib.Modern.az