Modern.az

Saatlıda güclü partlayış olub- xəsarət alan var

Saatlıda güclü partlayış olub- xəsarət alan var

15 İyun 2013, 22:06
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Saatlı şəhərində müəssəyə məxsus yanacaqdoldurma məntəqəsində həcmi 25 kub metr olan yerüstü maye-qaz çəninin partlaması nəticəsində yanğın baş verib.  

Partlayış nəticəsində YDM-də 1 ədəd yanacaqdoldurma aparatı, ərazidə olan sahibi və dövlət qeydiyyat nişanları məlum olmayan "VAZ" markalı avtomobil, "MERCEDES" markalı minik avtomobilinin üzlüyü, işıqlandırma qurğusu, buferi yanmış və yaxınlıqda olan vətəndaşa məxsus hər mərtəbəsi 168 kv.m olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 168 kv.m sahədə, 2-ci mərtəbənin ev əşyaları qismən yanıb. YDM, məntəqədə olan həcmi 20 kub metr olan digər maye-qaz çəni, avtomobilin qalan hissəsi və evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı YDM-nin işçisi qol və üz nahiyəsindən aldığı yanıq xəsarətləri ilə təcili yardım tərəfindən şəhər xəstəxanasına aparılıb. Partlayış dalğasının təsirindən ərazidəki evlərin şüşələri qırılıb.

Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama