Modern.az

Taekvondoçularımız Avstriya çempionatında iştirak edəcək

Taekvondoçularımız Avstriya çempionatında iştirak edəcək

İdman

31 Mart 2023, 10:24

Aprelin 1-də taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, İnsbrukda 2 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.


Ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, bu gün İnsbruka yollanan komanda aprelin 3-də Bakıya qayıdacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı