Modern.az

Daha bir partiya Kılıçdaroğlunun namizədliyini DƏSTƏKLƏDİ

Daha bir partiya Kılıçdaroğlunun namizədliyini DƏSTƏKLƏDİ

Dünya

31 Mart 2023, 12:00

Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə daha bir siyasi partiya Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəklədiyini elan edib.

 

Modern.az xəbər verir ki, söhbət Milliyyətçi Türkiyə Partiyasından (MTP) gedir. Bu barədə partiyanın rəsmi tviter səhifəsində məlumat verilib.

 

Milliyyətçi Hərəkat Partiyasından (MHP) qopan partiyanın Kılıçdaroğlunun namizədliyi ilə bağlı rəsmi qərarı sədr Ahmet Yılmazın imzası ilə yayımlanıb. MTP onu dəstəkləmək üçün heç bir şərt irəli sürməyib və qeyd-şərtsiz dəstəyini ifadə edib.

 

Qeyd edək ki, K.Kılıçdaroğlu 6 siyasi partiyadan ibarət "Millət İttifaqı"nın vahid namizədidir. Həmçinin "Əmək və Azadlıq İttifaqı" namizəd çıxarmadığı üçün onu dəstəklədiyi bildirilir. Bundan başqa, bir neçə kiçik partiya da CHP sədrinin prezident olmasını istədiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI