Modern.az

Taksimdə qarşıdurma – polis aksiyaçılara hücum etdi - FOTO

Taksimdə qarşıdurma – polis aksiyaçılara hücum etdi - FOTO

15 İyun 2013, 23:16


Baş nazir Rəcəb Tayyib Ərdoğanın Ankarada AKP-nin mitinqində “Gəzi” olayları ilə bağlı xəbərdarlığından sonra polis Taksim meydanında toplanan aksiyaçılara hücum edərək onları ərazidən uzaqlaşdırmağa başlayıb. Polisin tələbini yerinə yetirməyən etirazçı kütlə ilə qarşıdurma yaranıb.

Hazırda davam edən qarşıdurmada polis qüvvələri aksiya iştirakçılarına qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edir.  

Qeyd edək ki, Ərdoğan aksiyaçılara xəbərdarlıq edərək Gəzi Parkını boşaltmaq üçün aksiyaçılara 24 saat vaxt verib.

***

Gəzi Parkına polisin müdaxiləsindən bir saatdan sonra əraziyə xeyli sayda texnika cəlb edilib. Gəzi parkında aksiyaçıların saldığı çadrları dağıtmağa başlayıb. Etirazçılar müqavimətinə baxmayaraq çadrlar dağıdılıb. Hazırda Gəzi parkında gərgin vəziyyət hökm sürür.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama