Modern.az

İYİ Partiyanın qərargahına hücum edən şəxs saxlanıldı - YENİLƏNİB 

İYİ Partiyanın qərargahına hücum edən şəxs saxlanıldı - YENİLƏNİB 

Dünya

31 Mart 2023, 19:08

Türkiyədə İYİ Partiyanın İstanbul vilayət təşkilatının qərargahına hücum edən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

***

12:22

 

Türkiyədə İYİ Partiyanın İstanbul vilayət təşkilatının qərargahına silahlı hücum olub.

 

Modern.az  xəbər verir ki, naməlum şəxs və ya şəxslər partiya binasının pəncərələrini gülləboran edib.

 

Hadisəni törədənlər ərazidən qaçmağı bacarıb. Hazırda polislərin İstanbulun Zeytinburnu rayonunda yerləşən qərargahı nəzarətə götürdüyü və araşdırmaların apardıldığı bildirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI