Modern.az

Ermənistan parlamentində dava: Vardanyan döyüldü

Ermənistan parlamentində dava: Vardanyan döyüldü

Dünya

31 Mart 2023, 12:26

Ermənistan parlamentinin deputatları arasında dava düşüb.

 

Modern.az xəbər verir ki, hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında “Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı baş verib. 

 

"Hraprak" nəşrinin məlumatına görə, iclasda iştirak edən müxalifət və iqtidar təmsilçiləri arasında dava olub. İnsident müxalif deputat Mher Saakyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb.

 

Deputat Aqnesa Xamoyan yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib, lakin detalları açıqlamayıb.

 

İnsidentlə bağlı polisə məlumat verilib. Deputat Mher Saakyan iş üzrə polis idarəsinə çağırılıb. 

 

Erməni KİV-ləri yazıb ki, dava zamanı Vladimir Vardanyan xəsarət alıb. Şahidlərin sözlərinə görə, üz nahiyəsi qan içində olan Vardanyan xəstəxanaya aparılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi