Modern.az

Putin 2 səfiri işdən çıxardı

Putin 2 səfiri işdən çıxardı

Dünya

31 Mart 2023, 12:44

Rusiya prezidenti Vladimir Putin ölkəsinin 2 səfirini işdən çıxarıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar imzalanıb.

 

Bildirilib ki, Rusiyanın Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfirləri tutduqları vəzifədən azad ediliblər.

 

Qeyd edək ki, son vaxtlar Moskva ilə Riqa və Tallin arasında diplomatik münasibətlər kəskinləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI