Modern.az

Avropa Parlamenti Türkiyəyə, azərbaycanlı deputat Avropa Parlamentinə qarşı

Avropa Parlamenti Türkiyəyə, azərbaycanlı deputat Avropa Parlamentinə qarşı

16 İyun 2013, 00:13

Milli Məclisin deputatı Fuad Muradov Avropa Parlamentinin qardaş Türkiyədə baş verən “Gəzi olayları” ilə bağlı verdiyi qərara etirazını bildirib. Millət vəkili Modern.az-a açıqlamasında Avropa Parlamentinin Türkiyə ilə bağlı qəbyl etdiyi qərarın ədalətsiz olduğunu deyib.

F.Muradovun fikrincə, Avropa Parlamenti Azərbaycana qarşı da qeyri-obyektiv mövqe nümayiş etdirir.

“İngiltərədə,Yunanıstanda, eləcə də Avropanın digər ölkələrində bundan da böyük hadisələr baş verdi, amma Avropa Parlamenti buna münasibət bildirmədi. Türkiyə məsələsində isə Avropa Parlamenti birmənalı şəkildə ədalətsiz mövqe nümayiş etdirdi. Onlar Azərbaycana qarşı da qeyri-obyektiv mövqe tuturlar. Bu da önu göstərir ki, Avropa Parlamenti öz maraqlarına xidmət edir, digər məsələləri nəzərə almır”-deyə deputat etirazını bildirib.

Qeyd edək ki, Avropa Parlamenti Türkiyədə baş verən “Gəzi olayları” ilə bağlı qərar qəbul edib. Qərarda Türkiyə hökumətinin aksiyaçılara qarşı zor tətbiq etməsi qətiyyətlə pislənilir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da qərar mətnində tənqid olunması diqqəti çəkən məqamlardandır. Avropa Parlamentində səs çoxluğu qəbul edilən qərar bu təşkilatda təmsil olunan Xristian-Demokratlar, Liberallar, Yaşıllar və Mühafizəkarların təklifi ilə hazırlanıb. Polisin vətəndaşlara müdaxiləsini özündə ehtiva edən qərarda Ərdoğana birləşdirici və uzlaşdırıcı mövqe sərgiləməsi də tövsiyə olunub.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama