Modern.az

“El” hərəkatı BƏYANAT verdi

“El” hərəkatı BƏYANAT verdi

16 İyun 2013, 13:15


“El” hərəkatı jurnalist Bahar Rüstəmlinin ailəsinə edilən hücumu pisləyən bəyanat yayıb. Modern.az-ın məlumatına görə, bəyanatda qeyd edilir:

“Zərdab rayonunun bir qrup sakini AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edib. Hücum edən şəxslər jurnalistin ailə üzvlərini təhqir edib, onun atasına fiziki xəsarətlər yetiriblər.Basqın isə Zərdab Rayon İcra hakimiyətinin başçısı Lütfəli Babayev və onun müavini Allahverdi Səfərovun təşəbüsü ilə həyata keçirilib. Məqsəd isə Zərdabda baş verən hər hansı bir hadisənin mətbuatda işıqlanmamasının qarşısını almaqdır. “EL” Hərəkatı Zərdab rayonunda jurnalistin ailəsinə qarşı həyata keçirilən bu zorakılıq hadisəsini qətiyyətlə pisləyir və günahkarların təcili olaraq məsuliyyətə cəlb olunmasını tələb edir”.  

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama