Modern.az

Baydendən Rusiyada tutulan jurnalistlə bağlı ÇAĞIRIŞ

Baydendən Rusiyada tutulan jurnalistlə bağlı ÇAĞIRIŞ

Dünya

31 Mart 2023, 17:12

ABŞ prezidenti Co Bayden Rusiyada "Wall Street Journal"ın jurnalistinin həbsinə ilk dəfə reaksiya verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, Ağ Evdə çıxış edərək müxbirin azadlığa buraxılmasına çağırıb.

 

Bayden, həmçinin bildirib ki, o, jurnalistin həbsinə Rusiya diplomatlarının həbsi ilə cavablandırmaq niyyətində deyil.

 

Bu gün “The Wall Street Journal” Baydeni bütün rusiyalı jurnalistləri və Rusiya səfirini Vaşinqtondan qovmağa çağırıb. Qeyd olunub ki, indi prezident Vladimir Putin Evan Qerşkoviçin sağlamlığına və təhlükəsizliyinə, Bayden hökuməti isə onun azadlığa buraxılmasına cavabdehdir.

 

Xatırladaq ki, "Wall Street Journal"ın jurnalisti Evan Qerşkoviç dünən Yekaterinburqda saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyi və Kreml onun casusluqla məşğul olduğunu bildiriblər. Nəşr bunu təkzib edib və həbs xəbərindən narahatlığını bildirib. Jurnalistin həbsindən sonra ABŞ dövlət katibi Antoni Blinken Rusiyadakı ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI