Sabah “Böyül səkkizlik” ölkələri liderlərinin zirvə toplatısı keçiriləcək. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş Şimali İrlandiyada baş tutacaq. İki gün keçirilməsi nəzərdə tutulan zirvə toplantısına İngiltərənin baş naziri Devid Kamerun ev sahibliyi edəcək. Görüşdə ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, o cümlədən Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada prezidentləri qatılacaqlar.
Bildirilib ki, Suriya məsələsi liderlərin toplantısında əsas müzakirə mövzusu olacaq. Toplantının keçiriləcəyi ərazidə yüksək təhlükəsizlik tədbirləri görülür. 7 mində çox polis liderləri qorumaq üçün səfərbər edilib.
Qeyd edək ki, zirvə görüşündən sonra ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verəcəkləri gözlənilir.
Modern.az