Modern.az

Çin Ukraynada sülhə töhfə verə bilər - Borrel

Çin Ukraynada sülhə töhfə verə bilər - Borrel

Dünya

31 Mart 2023, 17:43

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Çin Ukraynada sülhün bərqərar olmasına töhfə verə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Lakin Borrell hesab edir ki, Çin təcavüzkarla qurban arasında fərq qoymur.

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, hazırda Çinin Ukrayna-Rusiya münaqişəsini sülh yolu ilə nizamlanması planını həyata keçirmək mümkün deyil.

 

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI