Ukraynada Rusiyaya qarşı müharibə ilə bağlı vətəndaşlar arasında sorğu keçirilib.
Modern.az xəbər verir ki, Razumkov Mərkəzi tərəfindən təşkil olunan sorğu 2023-cü il fevralın 22-dən martın 1-dək olan dövri əhatə edib.
Sorğuda iştirak edən respondentlərin 93 faizi Ukraynanın döyüş meydanında Rusiyaya qalib gələcəyinə inandığını bildirib. Fikri öyrənilən vətəndaşların 3,5 faizi isə Ukraynanın qələbəsinə inanmadığını deyib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir.