Modern.az

Dəhşətli hadisə: Ailəsinin 5 üzvünü öldürüb intihar etdi

Dəhşətli hadisə: Ailəsinin 5 üzvünü öldürüb intihar etdi

Dünya

31 Mart 2023, 17:50

Türkiyənin Elazığ vilayətində qaz sızması ilə bağlı çağırış əsasında evə daxil olan polislər odlu silahdan açılan atəş nəticəsində öldürülən 6 nəfərin cəsədini aşkarlayıb.

 

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, müəllim işləyən Hüseyn adlı şəxs yaşadığı evdə ailəsi ilə mübahisə edib.

 

O, mübahisə zəminində, atası, anası, bacısı və qardaşlarını odlu silahla qətlə yetirib. Həmin şəxs daha sonra özünü güllələyərək öldürüb.

 

Əraziyə polis əməkdaşları cəlb edilib. Meyitlərin ekspertizası aparılır. Cinayətin təfərrüatı məlum deyil.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI