Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi cinayətlər törətdiyi Buçaya “Qəhrəman şəhər” adı verib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.
Qeyd edək ki, bu gün Zelenski Buçada Moldova Prezidenti Maya Sandu, Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri - Eduard Heqer, Robert Qolob və Andrey Plenkoviç ilə görüşüb.
Martın 31-i Kiyev vilayətinin Buça şəhərinin Rusiya qoşunlarından azad edilməsinin ildönümüdür. Şəhər və ona yaxın yaşayış məntəqələri azad edildikdən sonra kütləvi məzarlıqlar aşkarlanıb.