Modern.az

Aİ Moldovaya mülki missiya göndərir - Bu tarixdə

Aİ Moldovaya mülki missiya göndərir - Bu tarixdə

Dünya

31 Mart 2023, 18:45

Avropa İttifaqı (Aİ) Moldova hökumətinə kömək etmək üçün bu ölkəyə mülki missiya göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "EUobserver" nəşri yazıb.

 

"EUPM Moldova" (Aİ-nin Moldovadakı Tərəfdaşlıq Missiyası) adlı missiyanın may ayında göndərilməsi planlaşdırılır. Missiya iki il ərzində Moldovada qalacaq və Rusiyanın sabitliyi pozan fəaliyyətlərinə qarşı mübarizədə hökumətə dəstək verəcək.

 

Nəşr qeyd edir ki, 2023-cü il iyunun 1-də Moldovanın Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi hibrid təhdidlərin artmasına səbəb ola bilər. Buna görə mülki missiya sammitdən əvvəl Moldovaya yerləşdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI