İranın yeni prezidenti Həsən Ruhani xalqa ilk müraciətini edib. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, televiziya ilə çıxışında H.Ruhani onu seçən xalqa təşəkkür edib.
"Mən qürur duyuram ki, böyük İran xalqı məni layiq bilib seçdi. Onlar mənə etibar etdilər, mən də xalqa xidmət yoluna qədəm qoyuram ki, onların rifahını təmin edim, milli şərəf və milli maraqlarımızı qoruyum. Bu yolda sizin köməyinizə ehtiyac duyuram. Mənim yanımda olmalısız. Sizin əməkdaşlığınıza ehtiyacım var. Əgər ölkənin inkişafı yolunu seçmək, rifah, sülh və sabitlik əldə etmək istəyiriksə, qanunu gücləndirməkdən və ona sadiq qalmaqdan yaxşı yol ola bilməz." - deyə, Həsən Ruhani bildirib.
Modern.az