Modern.az

Tbilisidə məşhur hotel YANDI

Tbilisidə məşhur hotel YANDI

Dünya

31 Mart 2023, 20:16

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Ambassador” hotelində güclü yanğın baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, dördmərtəbəli binanın üçüncü və dördüncü mərtəbəsində yanğın olub.

 

Yanğının qısa müddətdə şiddətləndiyi bildirilib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

 

Son məlumata görə, artıq yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI