Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

16 İyun 2013, 16:13

Ekologiya Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iyunun 17-də Bakıda və Abşeron yarımadasındahavanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaqdır. Bakıda gecə 21-23°, gündüz 33-35° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-21°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaqdır.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 16-21°, gündüz 28-33° isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,  İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 17-22°, gündüz 32-37° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 17-22°, gündüz 30-35° , dağlarda gecə 12-17°, gündüz 25-30° isti olacaqdır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama