NATO əməkdaşlarına Çinin “TikTok” sosial şəbəkəsindən istifadə etməyi qadağan edib.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, təşkilatın rəhbər şəxsləri bununla bağlı əməkdaşlara bildiriş göndərib.
Qeyd edək ki, ABŞ başda olmaq bir neçə ölkə dövlət qurumlarında "TikTok"dan istifadə etməyi qadağan edib. Sosial şəbəkənin Çin hakimiyyəti ilə əlaqəli olduğu iddia edilir.