ABŞ-ın sabiq prezidenti Donald Trampın məhkəmə qarşısına çıxarılacağı tarix açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
O, pornoaktrisa Stormi Danielsə aralarındakı münasibəti gizlətməsi üçün pul verməkdə ittiham olunur. Tramp aprelin 4-də yerli vaxtla saat 14:15-də Manhetten cinayət məhkəməsində hakim qarşısına çıxarılacaq.
Trampın məhkəməyə çıxacağı müddət ərzində bütün digər məhkəmə işlərinin dayandırılacağı qeyd edilib.