Modern.az

Ukrayna üçün 2.6 milyardlıq hərbi YARDIM 

Ukrayna üçün 2.6 milyardlıq hərbi YARDIM 

Dünya

1 Aprel 2023, 00:31

ABŞ Ukraynaya 2,6 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Yeni hərbi yardım paketi aprelin 3-də rəsmi olaraq elan ediləcək.

 

Bildirilib ki, 2,1 milyard dollar ABŞ-ın müdafiə şirkətlərindən alınmasına istifadə ediləcək. Qalan 500 milyon dollarlıq sursat ABŞ-ın hazırkı ehtiyatlarından Kiyevə göndəriləcək.

 

Yardıma Ukrayna tank əleyhinə mərmilər, dəqiq idarə olunan aviasiya sursatları, ponton avadanlıqları, ağır texnikaya xidmət üçün bərpa maşınları, mərmilər daxil olacaq.

 

Qeyd edək ki, 2021-ci ilin yanvarından Vaşinqton Ukraynanın “təhlükəsizliyini təmin etmək” üçün 32,8 milyard dollardan çox vəsait ayırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI