Modern.az

Erməni general Qarabağ müharibəsinə görə dindiriləcək

Erməni general Qarabağ müharibəsinə görə dindiriləcək

Dünya

1 Aprel 2023, 09:55

Ermənistan parlamentinin İkinci Qarabağ müharibəsini araşdıran komissiyası apreldə növbəti iclasını keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşrin mənbəsi bildirib ki, müharibə zamanı Ermənistan ordusunun baş qərargah rəisi olan general-polkovnik Onik Qasparyan yenidən iclasa dəvət ediləcək və dindiriləcək.

 

O, bundan əvvəl martın 16-sı və 20-də istintaq komissiyasının işində iştirak edib.

 

Qeyd edək ki, Ermənistan parlamenti 2021-ci ildə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərini araşdıran istintaq komissiyası yaradıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI