Modern.az

Ukrayna Polşadan 100 ədəd zirehli maşın alacaq

Ukrayna Polşadan 100 ədəd zirehli maşın alacaq

Dünya

1 Aprel 2023, 14:29

Ukrayna Polşadan 100 ədəd “Rosomak” zirehli maşını alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski “Twitter” hesabında yazıb.

 

O qeyd edib ki, zirehli maşınların təhvil verilməsi Avropa İttifaqı ölkələri və ABŞ tərəfindən maliyyələşdiriləcək.

 

"Rosomak"lar ən yüksək səviyyəli personal daşıyıcılarıdır. Bu satınalma Aİ və ABŞ pulu ilə ödəniləcək", - Moravetski yazıb.

 

Qeyd edək ki, "Rosomak" zirehli transportyorları Polşa Silahlı Qüvvələrinin flaqmanıdır. Təkərli zirehli transportyor bir çox modifikasiyada istehsal olunur.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI