AKP "Milli iradəyə sayğı" şüarı ilə İstanbulun Kızılçeşmə bölgəsində mitinq keçirib. Hakimiyyət tərəfdarlarının iştirak etdiyi mitinqə baş nazir Rəcəb Tayyib Ərdoğan da qatılıb. Tərəfdarları qarşısında çıxış edən Ərdoğan Türkiyəyə səslənərək “dünyanın heç bir yerində belə baş nazir görə bilməzsiniz”-deyə xəbərdarlıq edib.
Ərdoğan daha sonra Türkiyədə baş verən hadisələri işıqlandıraq dünya KİV-lərindən narazılıq edib. "Günlərdir yalan xəbərlər yaydınız. Türkiyəni dünyaya fərqli göstərdiniz. Siz yalanlarınızla baş-başa qaldınız. Bu millət sizin dünyaya tanıtdığınız millət deyil. Bu millət səmimidi, gecələr qazan döyəcələyən millət deyil".
O bildirib ki, Avropa İttifaqının Türkiyə ilə bağlı qərar qəbul etmək haqqı yoxdur: "Həddini bil, Avropa İttifaqı! Biz Avropa İttifaqının qərarını tanımırıq".
Baş nazir çıxışında Türkiyədə bayraq kampaniyasının başlamasını tələb edib. Qeyd edib ki, hər evin pəncərəsində Türkiyə bayrağı asılmalıdır.