Modern.az

Həsən Ruhani iki dəfə and içəcək

Həsən Ruhani iki dəfə and içəcək

17 İyun 2013, 10:25


İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimi 2 mərhələdə təşkil olunacaq. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, avqustun 3-də və 5-də baş tutacaq həmin tədbirin ilk mərhələsində hazırkı prezidentlə yeni prezident arasında hakimiyyətin təhvil-təslimi həyata keçiriləcək.

İlk andiçmə mərasiminin Tehranın şimalındakı Camaran rayonunda keçiriləcəyi gözlənilir və bu mərhələdə İranın ali dini lideri Ayətullah Əli Xameneyi, İslam Respublikasının bütün ali məmurları, o cümlədən hərbi elitanın iştirak edəcəyi gözlənilir.

İnaqurasiyanın ikinci mərhələsi isə İran parlamentində keçəcək və seçilmiş prezident millət vəkilləri qarşısında and içəcək.

Qeyd edək ki, andiçmənin bu iki mərhələsi arasında Əhmədinejad müvəqqəti olaraq prezidentlik səlahiyyətlərini davam etdirəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama