Modern.az

36 yaşlı piyadanı yük maşını vurub öldürdü

36 yaşlı piyadanı yük maşını vurub öldürdü

Hadisə

2 Aprel 2023, 07:12

Qazaxda yük maşını piyadanı vurub.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ikinci Sıxlı kəndində keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, hərəkətdə olan yük maşını yolu qarşı tərəfə keçmək istəyən 1987-ci il təvəllüdlü İbrahim Süleymanovu vurub. Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal