İranda keçirilən 11-ci dövr prezident seçkilərində islahatçı namizəd Həsən Ruhani səs çoxluğu ilə qalib gəlib. Həsən Ruhaninin prezident seçilməsi ilə əlaqədar İngilətərə və Fransa dövlətlərindən İrana isti mesajlar göndərilib. Modern.az İran KİV-nə istinadən xəbər verir ki, İngilətərə Xarici İşlər Nazirliyi İranla bağlı bəyanat yayıb. Bəyanatda Həsən Ruhanin gələcəkdə fərqli siyasi xətt yürütməsi istənilir. Lakin Həsən Ruhanin prezident seçilməsi ilə bağlı İngiltərənin bəyanatında təbrik nəzərdə tutulmayıb.
Digər Avropa dövləti Fransa Xarici İşlər Nazirliyinin bəyanatında isə İran xalqına təbrik mesajları çatdırılıb. Bununla yanaşı Fransa Xarici İşlər Nazirliyi İranda qurulacaq yeni hökumətlə əlaqələr qurmağa hazır olduqlarını bəyan edib.
Xatırladaq ki, iyunun 14-də İranda prezident seçkiləri keçirilib. Altı namizədin (Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayəti) mübarizə apardığı seçkidə islahatçı namizəd hesab olunan Həsən Ruhani 51 faiz səslə qalib gəlib.
Aqşin Kərimov