Modern.az

Azərbaycanlı şagird ABŞ-ın 10 universitetindən qəbul dəvəti aldı - FOTO

Azərbaycanlı şagird ABŞ-ın 10 universitetindən qəbul dəvəti aldı - FOTO

Təhsil

2 Aprel 2023, 10:58

Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb.

 

Modern.az xəbər verir ki, Sara Nabikoğlunun əksərən aerospeys mühəndisliyi ixtisası üzrə dəvət aldığı yerlər sırasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetləri var.

 

O, hazırda Böyük Britaniyanın Queen Mary və Bristol universitetlərindən də dəvət alıb. Azərbaycanlı şagirdin seçimi Boston Universiteti olub.

 

Sara Nabikoğlu ixtiraları və ideyaları ilə bir neçə beynəlxalq olimpiadada uğur qazanıb. O, 5 dildə sərbəst danışır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!