Modern.az

Koronavirusa 58 yoluxma qeydə alındı

Koronavirusa 58 yoluxma qeydə alındı

Ölkə

2 Aprel 2023, 16:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

 

Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ümumilikdə 829 857 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 219 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 453 nəfərdir.

 

Son sutka ərzində 931, hazırkı dövrədək isə 7 560 679 test aparılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı