Türkiyədə prezidentliyə namizədlərin bülletendəki sırası artıq müəyyənləşib. Siyasi ittifaq və partiyaların parlament seçkiləri üçün bülletendəki sırası isə aprelin 8-də keçiriləcək püşkatma ilə müəyyən olunacaq.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, prezident seçkiləri ilə bağlı bülletenlərin çapına aprelin 12-dən başlanacaq.
Aprelin 19-da isə deputatlığa namizədlərin yekun siyahısı açıqlanacaq. Xaricdə sərhəd-gömrük məntəqələri vasitəsilə səsvermə prosesi aprelin 27-dən başlayacaq. Türkiyənin daxilində isə həm prezident, həm də parlament seçkiləri 14 mayda baş tutacaq.