Polşa Rusiyanın taktiki döyüş başlıqlarının Belarusda yerləşdirilməsinə cavab olaraq NATO-nun nüvə silahlarını ölkə ərazisində yerləşdirməyə hazırdır.
Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa danışıb.
"Polşa potensial olaraq NATO-nun nüvə silahının qarşısının alınması planlarında aktiv iştiraka, əməkdaşlığı genişləndirməyə və məsuliyyəti öz üzərinə götürməyə hazır olacaq", - Severa deyib.
O qeyd edib ki, bu, nüvə silahından istifadə etmək qabiliyyətinə malik strateji bombardmançı təyyarələrin istifadəsini də əhatə edə bilər.