Modern.az

7 ölkə neft hasilatını AZALDIR - SİYAHI

7 ölkə neft hasilatını AZALDIR - SİYAHI

2 Aprel 2023, 19:18

Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman və Rusiya neft hasilatını azaldacaqlarını elan ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi bu ölkələrin energetika və neft nazirliklərinə istinadən məlumat yayıb.

 

Neft hasilatının azaldılmasına 2023-cü ilin mayından başlanılacaq və ilin sonuna qədər qüvvədə qalacaq. Beləliklə, ölkələrin gündəlik neft hasilatı aşağıdakı kimi olacaq:

 

Əlcəzair — gündə 48 min barel;
İraq — 211 min barel/gün;
Qazaxıstan — 78 min barel/gün;
Küveyt — 128 min barel/gün;
Oman — 40,000 barel/gün;
BƏƏ — 144 min barel/gün;
Rusiya — 500 min barel/gün.

 

“Bu azalma 5 oktyabr 2022-ci ildə OPEC+ nazirlərinin 33-cü görüşündə qəbul edilmiş hasilatın azaldılması üçün tədbirdir”, - Qazaxıstan Energetika Nazirliyi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi