Türkiyə hakimiyyəti etirazçılara qarşı tədbirləri daha da sərtləşdirir. Türkiyə Vəkillər Kollegoyasının məlumatına görə təkcə ötən gün 400 nəfər həbs olunub. Polis xəsarət alanlara yardım edən həkim və tibb bacılarını da həbs etməyə başlayıb.
“The New York Times” xəbər verir ki, hüquq-mühafizə orqanları polisdən gizlənməyə çalışan etirazçılara sığınacaq verən mehmanxana sahiblərinə qarşı da sərt tədbirlər görür. Qəzetin məlumatına görə onlara qarşı terrorçuluq maddəsi ilə ittihamlar irəli sürüləcək.
İstanbul və Konya şəhərlərində nümayişlərin dağıdılmasında polisə ilk dəfə olaraq Ərdoğan tərəfdarları da kömək edir. Ötən gün Ərdoğan tərəfdarlarının Taksimdə keçirdiləri izdihamlı mitinqdə çıxış edən baş nazir “azlığın çıxluğa öz iradəsini qəbul etmək istəməsi” barədə danışıb. Özünə qarşı “diktator” sözünün işlənməsini doğru hesab etməyən Ərdoğan iğtişaşların xarici KİV-lər və terrorçular tərəfindən hazırlandığını bildirib.
Vüqar İsmayılov