Modern.az

"Brent" neftin qiyməti 85 dolları ÖTÜB

İqtisadiyyat

3 Aprel 2023, 09:16

Londonun "ICE" birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti martın 7-dən bəri ilk dəfə bir barel üçün 85 dolları ötüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

 

Saat 02:09-a (GMT+4) olan məlumata görə, "Brent" markalı neftin qiyməti 6,43% artaraq bir barrel üçün 85,03 dollar olub.

 

Saat 02:23-də (GMT+4) "Brent" markalı neft bir barel üçün 85,45 dollara satılır (6,96%). Eyni zamanda, "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 7,15 faiz artaraq bir barel üçün 81,08 dollar təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama