Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə işgüzar səfərdə olan Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasiniya ilə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan-Gürcüstan əlaqələri, hərbi əməkdaşlığın perspektivləri və bölgədəki hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Modern.az