Modern.az

Sabahdan hava soyuyacaq, yağış yağacaq

Sabahdan hava soyuyacaq, yağış yağacaq

17 İyun 2013, 14:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyunun 18-də hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama