Modern.az

Həcc ziyarətinə ayrılan kvota azaldıldı

Həcc ziyarətinə ayrılan kvota azaldıldı

17 İyun 2013, 15:38

Səudiyyə Ərəbistanın müftisi Əbdüləziz əl-Şeyx həyata keçirilən genişləndirmə işləri ilə əlaqədar olaraq Həcc ziyarətinə gələcək zəvvarlardan mümkün qədər səfərlərini sonraya saxlamağı xahiş edib. Ramazan ayı yaxınlaşdıqca Səudiyyə Ərəbistanı höküməti Məkkə və Mədinədə yenidənqurma və hazırlıq işlərini sürətləndirib. Belə ki, Məkkə şəhərində Kəbənin genişləndirilməsi ilə əlaqədar olaraq 1-ci mərtəbənin təmiri işləri demək olar ki, başa çatıb. Müfti ilə yanaşı Həcc nazirinin nümayəndəsi Hatəm Kadi də zəvvarlardan Həcc ziyarətini ərtələməyi xahiş edib. Bu məqsədlə Səudiyyə Ərəbistanı höküməti hətta xarici zəvvarların kvotasını 20, öz ölkə vətəndaşlarının kvotasını isə 50 faiz azaldıb. Kəbənin ətrafında hal-hazıra 39 min nəfər yerləşə bilərsə, genişlənmə işlərindən sonra bu rəqəmin 130 minə qədər artacağı gözlənilir. Məkkə bələdiyyəsi isə müqəddəs yerin təmizlik işlərinə 8 min işçini cəlb edəcəyini açıqlayıb.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama