Modern.az

Kreml “MİQRANT VEKSELİ” tətbiq edir: Azərbaycanlılar Moskvaya girmək üçün 30 min ödəməlidir

Kreml “MİQRANT VEKSELİ” tətbiq edir: Azərbaycanlılar Moskvaya girmək üçün 30 min ödəməlidir

17 İyun 2013, 19:00

Viza tələb olunmayan ölkəlrədən Rusiyaya gələn miqrantlar bunun əvəzində miqrasiya vekseli əldə etməlidirlər

 Rusiya Dövlət Dumasına miqrantlarla bağlı yeni təklif daxil olub. Modern.az bildirir ki, hakim “Vahid Rusiya” partiyasından olan deputat Aleksey Juravlyov və Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiasının deputatı Sergey Jiqaryov “Ölkəyə gəlmə və ölkədən getmə haqqında”, “Rusiya Federasiyasında olan xarici vətəndaşların hüquqi vəziyyəti” haqqında qanuna dəyişiklik hazırlayıblar.  Təklifə görə, viza tələb olunmayan ölkəlrədən Rusiyaya gələn miqrantlar bunun əvəzində miqrasiya vekseli əldə etməlidirlər.  Qanun layihəsi payız sessiyasının gündəliyinə daxil ediləcək.

Layihəyə görə,  yeni maliyyə aləti olaraq xarici vətəndaşın ödəmə qabiliyyətliyini təmin edəcək miqrsiya vekseli yaradılır. “Miqrasiya vekseli- faizsiz xəzinə veksleidir. Bu veksel  Rusiyaya vizasız gəlişi olan ölkədən gəlmiş xarici ölkə vətəndaşı tərəfindən əldə ediləcək.Veksel miqrantın deportasiya olunacağı təqdirdə onun xərclərinin ödənməsinə imkanı verəcək. Qeyd-şərtsiz maliyyə öhdəliyi olan veksel xairici vətəndaş Rusiyanı tərk edən zaman bağlanacaq”-deyə qanun layihəsində deyilir.  

Deputatlar hesab edir ki, bu dəyişiklik Rusiyada milli bütövlüyü saxlamağa kömək edəcək, kriminogen vəziyyəti aşağaı salacaq, və dövlət büdcəsinə əlavə pullar qazandıracaq. Vekseli almaq üçün miqrant 30 min rubl pul ödəməlidir. Bu hesabla il ərizndə 7 milyon miqrantın vekselindən büdcəyə 225 milyard rubl daxil olacaq.

Ekspertlərin rəyinə görə, Orta Asiyadan olan vətəndaşın deportasiyası 30-40 min rubla başa gəlir. 2012-ci ildə Rusiyadan 35 min adam deportasiya edilib. “Bu xərclər ölkə büdcəsi üçün böyük yük yaradır”-deyə layihədə vurğulanır.

Qanuna ediləcək təklif miqrantların hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən etirazla qarşılanıb. Rusiya mqiarntları Federasiyasının prezidenti Məhəmməd Əmin Məcumder təklifi “diskriminasiya cəhdi” adlandırıb. O vurğulayıb ki, işçi miqrantlar üçün təklif olunan 30 min rubl həcmində olan giriş vekseli “lazımsızdır” və xarici vətəndaşlara qarşı diskriminasiya cəhdidir. 

“Mən bunu təkcə diskrimansiya deyil, miqrantların təhqir olunması və aşağılanması hesab edirəm. Miqrantları “ikinci”, “üçüncü növ” insan hesab edirlər. Amma axı miqrantlar insandırlar. Deputatlar vəziyyəti öyrənmək əvəzinə boşboğazlıq edirlər”-deyə “Exo Moskvı”ya açıqlamansıda qəzəblə bildirb. Onun sözlərinə görə “ağlı başında olan heç bir deputat bu təklifi dəstəkləməyəcək”.

Federal Miqrasiya Xidməti də qanunlayihəsini dəstəkləmir. “Siz heç bilirsiniz Özbəkistan vətəndaşı üçün 30 min rubl nə deməkdir? Bu məbləğ ruslar üçün 3 milyon rubl kimi bir məbləğdir. Bu məbləği toplamaq miqrant üçün əlçatmazıdr”-deyə FMX-nin İdarə rəisi Olqa Kirillova bildirib.

Son zamanlar Moskvada miqrantlara qarşı aparılan sərt siyasətin fonunda belə şovonist cəhdlərin cücərməsi təsadüfi deyil. Kremlin  MDB-də apardığı “bərkitmə” kampaniyası keçmiş sovet respublikalarının vahid “zəncirə” bağlanmasına hesablanıb. Bu kampaniyada “miqrant çəkici” əsas amillrədən biri sayılır.

X. SƏFƏROĞLU   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama