Modern.az

Ruhanidən Vaşinqtona MESAJ:"ABŞ İranın nüvə hüququnu tanımalıdır"

Ruhanidən Vaşinqtona MESAJ:"ABŞ İranın nüvə hüququnu tanımalıdır"

17 İyun 2013, 21:43


İranın yeni seçilmiş prezidenti Həsən Ruhani bu gün keçirdiyi mətbuat jurnalsitlərin suallarını cavablandırıb. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, Ruhani bu ölkənin düşməni hesab olunan ABŞ-la siyasi əlaqələrin perspektivindən söz açıb. Onun sözlərinə görə İranın nüvə proqramı ilə bağlı məsələləri tanısa, o zaman ABŞ-la dialoqa gedə bilərlər. “ABŞ ilk olaraq İranın nüvə haqqını tanımalıdır”-deyən Həsən Ruhani onu da əlavə edib ki, İrana qarşı tətbiq edilən sanksiyalar haqsızdır. İslahatçı hesab olunan yeni prezident sonda bildirib ki, ABŞ eyni zamanda İranın daxili işlərinə qarışmamalı və iki ölkə arasındakı dialoq qarşılıqlı çərçivəsində olmalıdır. “ Bu şərtlər daxilində ABŞ-la dialoqa gedən yol açıla bilər”-deyə Həsən Ruhani vurğulayıb.

Xatırladaq ki, iyunun 14-də İranda 11-ci dövr prezident seçkiləri keçirilib. Altı namizədin mübarizə apardığı seçkidə islahatçı Həsən Ruhani 51 faiz səslə qalib gəlib.

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama