Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov eks-prezident Əbülfəz Elçbəyin köməkçisi olmuş Oktay Qasımovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsinə etiraz edib. Modern.az bildirir ki, İsgəndər Həmidov 4 iyun Gəncə qiyamının yatırılmasında AXC hökümətinin güc strukturlarının sərişətsizliyi barədə danışan Oktay Qasımovla razılşmadığını bəyan edib.
“Mən qiyamın yatırıla bilməməsi ilə bağlı deyilənlərə tamamilə razı deyiləm. Hakimiyyəti qorumaq mümkün idi.. Elçibəyi qorumaq üçün ölməyə hazır minlərlə adam var idi”-deyə eks nazir bildirib.
Onun sözlərinə görə, qiyamı yatırmaq üçün yetərli güc və qüvvə olub.“Tam məsuliyyətlə deyirəm ki, 4 iyun qiyamını yatırmağa gücümüz var idi. Dəfələrlə bu qiyamın yatırılması üçün səlahiyyət istədim, ancaq mənə təklif olunan qiyam yatırma üslubu başqa idi”-deyə İ.Həmidov vurğulayıb.
X. SƏFƏROĞLU