Modern.az

Sədərək Ticarət Mərkəzində güclü yanğın - FOTOLAR - YENİLƏNİB

Sədərək Ticarət Mərkəzində güclü yanğın  - FOTOLAR - YENİLƏNİB

18 İyun 2013, 07:27

Ötən gecə Bakı şəhəri, Qaradağ rayonundakı Sədərək Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə  Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Bir neçə saat davam edən yanğın səhərə yaxın söndürülüb.
İlkin məlumatlara görə, hadisə zamanı yanğın Ticarət Mərkəzində onlarla dükan və kafeyə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyi hadisə barədə əlavə məlumat veriləcəyini bildirib. Araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonunda Sədərək Ticarət Mərkəzinin anbarlar sahəsində ümumi sahəsi 5440 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki məişət əşyaları (parfümeriya, malları, allışqanlar, uşaq oyuncaqları və s.) 1400 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunub. Yanğın saat 06:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.





Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama