75 milyon əhalisi olan İran İslam Respublikasında 35 milyondan çox Azərbaycan türkü yaşamaqdadır. İranda fars əhali Azərbaycan türklərindən daha az olmasına baxmayaraq, İran fars dövlətidir. Rəsmi dil farscadır. İranda Azərbaycan türkləri istisna olmaqla kürdlər, ərəblər, bəliçilər və bəzi kiçik azlıqlar da yaşamaqdadır.
Amma İran İslam Respublikasında yaşayan 35 milyondan çox, Azərbaycan türkü ana dili olan türkcə təhsil haqqından məhrumdur. Azərbaycanlılar məktəblərdə məcburi olaraq farsca təhsil almaqda, ana dillərini unutmaqda və millət olaraq yox olma təhlükəsi yaşamaqdadırlar.
Modern.az xəbər verir ki, İrandakı Azərbaycan türklərilə bağlı imzatoplama kampaniyasına başlanılıb. Kampaniyanın məqsədi ən fundamental insan haqqı olan ana dildə təhsil haqqının İranda yaşayan Azərbaycan türklərinə də verilməsini tələb etməkdir.
Bu aksiya ilə sözügedən problem Birləşmiş Millətlər Təşkilatının baş katibliyinin diqqətinə çatdırılacaq.
Kampaniyada iştirak etməklə imza vermək istəyənlər bu linkə daxil olmalıdırlar - l//imzakampanyam.com/Iran-da-yasayan-35-Milyon-Azerbaycan-Turk-une-Turkce-egitim-hakki-verilmelidir--imza-kampanyasi
Modern.az