Modern.az

Siyavuş Novruzov: İranla döyüşməyə hazırıq 

Siyavuş Novruzov: İranla döyüşməyə hazırıq 

Parlament

4 Aprel 2023, 11:50

Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

“Həmin şəxslər bu terror faktı ilə gözümüzü qorxutmaq istəsələr də səhv edirlər. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Sərhəddə İrana qarşı da vuruşa bilərik. İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir”.

 

Komitə sədri qeyd edib ki, İranın nə əqidəsi, nə inancı, nə də inamı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi